27 Sentyabr 2014 12:11
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı koalisiyada üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasından qayıdarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, 49 türk əsir İŞİD-in əlindən xilas edildikdən sonra Türkiyənin mövqeyi dəyişib: “Əgər sərhədlərimiz təhdid edilsə, quru əməliyyatı olacaq”.

Koalisiya qüvvələrinin hazırda hava və quru hərəkatı mövzusundakı detalları işlədiyini, əməliyyatlar zamanı rolların bölüşdürülməsinə yönəlik işlər apardığını qeyd edən Ərdoğan Türkiyənin də üzərinə düşən vəzifəni yerinə yetirəcəyini deyib.

Oktyabrın 2-də koalisiyaya qoşulmaq məsələsinin Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcəyini bildirən prezident qərar qəbul edildikdən sonra Türkiyənin dərhal hərəkətə keçməsinin lazım olduğunu söyləyib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər