18 Mart 2020 15:00
2 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanın enerji naziri Əbdüləziz bin Salman bir neçə ay ərzində neft ixracatını gündəlik 10 milyon barelə qədər artırılacağını elan edib.

Teleqraf.com “Əl Ərəbiyyə” kanalına istinadla xəbər verir ki, nazir bin Salman ölkədə gündəlik 250 min barel civarında istehlak üçün Fadhili enerji stansiyasından gələn istehsaldan istifadə edəcəklərini bildirib. Onun fikrincə, bu, neft ixracatını artırmağa imkan yaradacaq.

Nazir deyib ki, ölkəsi bir neçə ay içərisində neft ixracatını 10 milyon barelə çatdıracaq.

Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanının neft ixracatının həcmi 2018-ci ildə gündəlik 7,69 milyon barel olduğu halda 2019-cu ildə 7,373 milyon barel olub.

Səudiyyə Neft Şirkəti (ARAMCO) aprelin 1-dən etibarən müştərilərinə gündəlik 12,3 milyon barel xam neft tədarük edəcəyini açıqlamışdı.

Səudiyyə Ərəbistanı liderliyində Neft İxrac Edən Ölkələrin Birliyi və Rusiya liderliyində OPEC bəzi neft ölkələri martın 6-da Vyanda keçirilən toplantıda hasilatın azaldılmasına dair razılığın əldə etmədi. Bu səbəbdən də dünya bazarında neftin qiyməti son 4 ilin ən ucuz səviyyəsinə düşməsinə yol açıldı.

Hər iki dövlətin ötən həftə beynəlxalq neft bazarında paylarını artırmaq məqsədilə neftin hasilatını artıracağına dair açıqlamaları isə neft bazarında təklifin genişlənəciyinə dəlalət edir. Bu vəziyyətdə neftin qiymətinin bir qədər də ucuzlaşacağı qaçılmaz olacaq.

Koronavirus epidemiyası səbəbindən neftə olan təlabatın azalması və OPEC üzvlərinin neftin hasilatını azaltma qərarına getməməsi neft bazarında şok yaradıb. Hazırda bu proses davam edir.

Dünya iqtisadiyyatına dərindən təsir edən epidemiya böyük şirkətlərin istehsalı dayandırmasına səbəb olub. Bu səbəbdən qlobal iqtisadiyyat zəifləyib və neftə olan təlabat azalıb. Koronavirus səbəbindən yalnız Çin gündəlik tədarük etdiyi neftin 20 faizindən imtina edib.


Müəllif: Cavad

Oxşar xəbərlər