18 Mart 2020 18:53
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Polşa tarixi fikir ayrılıqlarını mütləq aradan qaldırmalıdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın keçmiş prezidenti Lex Valensa bildirib.

“Əvvəlcə keçmişi nizamlamalıyıq. Keçmiş problemləri həll etmək üçün qruplar yaratmalıyıq. Keçmiş isə həm də Polşanın azad edilməsidir, bunun üçün minnətdarıq. Ancaq bundan sonra eyni zamanda bizə istəmədiyimiz kommunizm tətbiq olundu”, – deyə Lex Valensa bildirib.

Onun fikrincə, həll olunmamış tarixi məsələlərin mövcud olması digər mövzularda dialoqa mane olur.

“Biz bunların hamısını həll etmədikcə, hər zaman anlaşılmazlıq olacaq. Belə ki, bunlardan biri digərinə qarışacaq. Beləliklə, hörmət edilməli olan məsələlərə də hörmət qoyulmayacaq. Bunu etmədikcə bir-birimizi üzəcəyik”, – deyə eks-prezident əlavə edib.

Bundan əvvəl Polşanın xarici işlər naziri Yaçek Çaputoviç Varşavanın Moskva ilə münasibətləri yaxşılaşdırmaq istədiyini bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər