20 Mart 2020 15:11
3 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Sülh Hökumətinə bağlı hərbi qüvvələr paytaxt Tripolidə qiyamçı Haftar ordusuna qarşı əməliyyatlara başlayıb.

Teleqraf.com xəbər verir ki, əməliyyatlar çərçivəsində qiyamçıların 25 hərbçisi zərərsizləşdirilib.

Tripolinin Ayn Zara bölgəsində həlak olan hərbçilərin Sudan və Çaddan gətirilmiş muzdlular olduğu bildirilib.

Milli Sülh Hökumətindən verilən açıqlamada Haftar ordusunun atəşkəs anlaşmasını pozaraq hücuma keçdiyi, amma ağır itkilərlə geri çəkildiyi qeyd edilib.

Qiyamçıların Ayn Zaraya raket zərbələri nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər həlak olub, 4 nəfər də yaralanıb.

Əlavə edək ki, qiyamçı general Xəlifə Haftarın başçılıq etdiyi qüvvələrin dəstəkçisi Rusiya, Milli Sülh Hökumətinin müttəfiqi isə Türkiyədir. Ötən aylarda Rusiya və Türkiyə prezidentlərinin təşəbbüsü ilə tərəflər arasında atəşkəs anlaşması əldə edilsə də, hələlik bunu qoruyub saxlamaq mümkün kimi görünmür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər