23 Mart 2020 19:43
3 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin yaşlı rusiyalıları COVID-19 koronavirus infeksiyası yayılması səbəbindən mümkün olduqca evdə qalmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Rusiyanın Baş naziri deyib:

“Mən indi yaşlı nəslin nümayəndələrinə müraciət edirəm. Xahiş edirəm, bu məlumatı ciddi qəbul edin. Xəstəliyə yoluxmamaq üçün zərurət olmadıqca çölə çıxmayın, izdihamlı yerləri ziyarət etməyin və bir müddət gəzməkdən və görüşməkdən imtina edin. Xəstəliyin yayılmasının qarşısını almaq üçün evdə qalmağa çalışmaq lazımdır”.

Baş nazir qeyd edib ki, yaşlı insanlar dərman və ərzaq almaq üçün qohumlarından, qonşularından və ya sosial xidmətlərdən xahiş edə bilərlər.

M.Mişustin əlavə edib ki, xüsusi risk qrupuna yaşlı nəslin nümayəndələri daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər