25 Mart 2020 16:31
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya şahzadəsi Çarlz koronavirus infeksiyası COVID-19-a yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” Britaniya kral sarayının yaydığı bəyanata istinadla məlumat yayıb.

“Uels şahzadəsinin koronavirus üçün testi müsbət nəticə verib”, – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, şahzadədə xəstəliyin əlamətləri özünü zəif göstərir.

Saraydan verilən məlumata görə, şahzadənin həyat yoldaşının keçdiyi test mənfi nəticə verib. Cütlük özünü izolyasiya edib, onlar Şotlandiyadakı evlərindədir.

Bundan əvvəl Monako şahzadəsi II Albert də koronavirusa yoluxmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər