Rusiyaya məxsus Su-27 hərbi təyyarəsi Qara dənizə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İnsident yerli vaxtla saat 20:10-da qeydə alınıb.
Məlumata görə, planlaşdırılmış uçuşlar həyata keçirən “Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.
Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən “An-26” təyyarəsi və “Mi-8” helikopteri cəlb olunub.
Politun axtarışlarının əlverişsiz hava şəraiti ilə əlaqədar çətin olduğu bildirilir.