Hazırda karantin şəraitində yaşayan Almaniya Kansleri Angela Merkel video müraciət yayaraq görülən tədbirlərin müddəti ilə əlaqədar olaraq xalqı səbrli olmağa dəvət edib.
Teleqraf.com xəbər verir ki, Merkel müraciətini Avropa Birliyinin (AB) liderləri ilə keçirilən 6 saatlıq telekonfransdan sonra yayımlayıb.
Kansler karantində insanların əlaqələrinin zəiflədiyini qeyd edərək xalqı uzun müddət səbrli olmağa səsləyib.
Baş nazir qeyd edib ki, hələ ölkədə tədbirlərin aradan qaldırılması mərhələsi çatmayıb: “Karantin 5-14 gün çəkdiyindən biz səbr nümayiş etdirməliyik”.
Baş nazir bazar günündən etibarən karantinə alınıb və iki testi neqativ çıxıb.
Buna rəğmən daha bir neçə testin keçiriləcəyi gözlənir.
Angela Merkel hazırda hökumətin fəaliyyətini karantindən idarə edir.