29 Sentyabr 2014 14:18
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Paktiya şəhərində hökumət binasına təşkil edilən intihar hücumunda 12 nəfər həyatını itirib.

Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, şəhərin Zurmet rayonu icra hakimiyyətinin binasına bomba yüklü avtomobillə hücum təşkil olunub. Hücumda həyatını itirənlərdən 4-ü militan, 4-ü polis, 2-i kəşfiyyat rəisi və 2-i isə mülki vətəndaşdır. Məlumatlara görə, 7 polisin də yaralandığı hücumdan dərhal sonra polis işçiləri ilə 3 terrorçu arasında toqquşma baş verib və saatlarla davam edən qarşıdurma nəticəsində təcavüzkarlar zərərsizləşdirilib.

Partlayış nəticəsində ətrafa ciddi ziyan dəyib.

Hücumu Taliban terror təşkilatı öz üzərinə götürüb. Təşkilatın sözçüsü Zabiullah Mucahid çoxlu sayda dövlət işçisinin öldürüldüyünü qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər