1 Aprel 2020 13:20
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus pandemiyası səbəbindən bu gündən etibarən Ermənistanın paytaxtı İrəvanda metronun fəaliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın rəsmi mənbələri məlumat yayıb.

Məlumatda qeyd edilib ki, fövqəladə vəziyyət rejimində Ermənistanda sərbəst hərəkət və bəzi iqtisadi fəaliyyət növlərinə məhdudiyyətlər 12 aprel tarixinə qədər qüvvədədir.

Xatırladılır ki, yeni qərara əsasən, dəmir yolu nəqliyyatı istisna olmaqla bütün ictimai nəqliyyatın fəaliyyətinə xitam verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər