İspaniyada COVID-19 koronavirus infeksiyasına yoluxanların sayı 102 136 nəfərdir.
Teleqraf.com-un məlumatına görə, bu barədə “El País” qəzeti İspaniya Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb.
Qeyd edilir ki, son bir gündə COVID-19-dan 864 adam ölüb. Beləliklə, İspaniyada koronavirus qurbanlarının ümumi sayı 9053 nəfər olub.
Həkimlərin dediyinə görə, COVID-19-a yoluxan 22 647 xəstə sağalıb.