İtaliyada son sutka ərzində daha 525 nəfər koronavirusun qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 15 887 nəfərə çatıb.
Bu, son vaxtlar ölkədə pandemiyadan ölənlərlə bağlı qeydə alınan ikinci ən yüksək göstəricidir.
Son dəfə 2 həftə əvvəl İtaliyada bir gündə 600 nəfər koronavirusun qurbanı olub.
Hazırda İtaliyada 91 246 nəfər koronavirus daşıyıcısı var.