Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.
Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma aşkarlanıb, 92 nəfər ölüb.
Yoluxma hallarının ən böyük sayı Bavariyada (24 974) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Baden-Vürtemberq (19 395) və Şimal Reyn-Vestfaliya (19 384) qərarlaşıb. Paytaxt Berlində xəstəliyə 3 670 yoluxma aşkarlanıb.