Rusiyada son sutka ərzində koronavirus infeksiyası COVID-19-a 954 yeni yoluxma hadisəsi qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahdan məlumat verilib.
Bununla da ölkədə koronavirus infeksiyasına yoluxma hadisələrinin ümumi sayı 6343-ə çatıb.
“Rusiyada son 24 saat ərzində koronavirus infeksiyası COVID-19-a 954 yeni yoluxma hadisəsi qeydə alınıb. Yoluxma hadisələrinin böyük əksəriyyəti – 591-i Moskvada, 82-i Moskva ətrafında aşkarlanıb”, – deyə açıqlamada deyilir.
O da bildirilir ki, son sutka ərzində Rusiyada iki nəfər koronavirus səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, indiyədək Rusiyada 47 nəfərin koronavirus səbəbindən vəfat etdiyi açıqlanıb. Cəmi 406 xəstə sağalmağa müvəffəq olub.