7 Aprel 2020 16:48
4 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin koronavirusa yoluxmuş Böyük Britaniyanın Baş naziri Boris Consona teleqram göndərib.

Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Böyük Britaniyanın Baş nazirinə tezliklə və tam sağalmağı arzulayıb.

“Sizin üçün bu çətin anda özümün səmimi dəstəyimi bildirmək istəyirəm. Əminəm ki, sizin enerjiniz, nikbinliyiniz və yumor hissiniz xəstəliyə qalib gəlməyə kömək edəcək”, – deyə V.Putin bildirib.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Yelizaveta koronavirus infeksiyası səbəbindən palatadan intensiv terapiya şöbəsinə yerləşdirilən B.Consonun səhhətinin pisləşməsi barədə məlumat vermişdi.

V.Putinin sözçüsü Dmitri Peskov isə jurnalistlərin sualına cavabında Rusiyanın Boris Consonun vəziyyəti ilə əlaqədar olaraq Böyük Britaniyadan kömək üçün sorğu, o cümlədən məsləhət üçün müraciətlər almadığını söyləyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər