12 Aprel 2020 15:55
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində yeni koronavirus (COVID19) nəticəsində 117 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, İranda bu virus nəticəsində ölənlərin sayı 4 474 nəfərə çatıb.

Nazirlik rəsmisi ötən 24 saat ərzində daha 1 657 nəfərin koronavirusa yoluxduğunu və İranda bu virusa yoluxanların sayının 71 686 nəfərə çatdığını bildirib. O, 3 930 nəfərin vəziyyətinin ağır qiymətləndirildiyini söyləyib.

Qeyd edək ki, indiyədək 43 894 nəfər sağalaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər