16 Aprel 2020 09:10
2 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər ağır formada koronavirus xəstəliyi keçirmiş şəxslərin ağciyərlərinin həcmində kiçilmə, beyin fəaliyyətində pisləşmə qeydə alıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Corc Meyson Universitetinin əməkdaşı Ança Baranova deyib.

Onun sözlərinə görə, virusdan sağalan cavanlar uzun qaçışdan kənar qala, daha yaşlılar isə pilləkən qalxanda təngnəfəs ola bilərlər: "Bu, hamıya yox, xəstəliyin daha ağır formasından sağalanlara aiddir, onların arasında bəxti gətirənlərin də olması mümkündür".

Baranova bildirib ki, KOVİD-19-u ağır keçirmiş adamlarda nevroloji simptomlar da müşahidə olunur: "Məsələn, yaşlılarda şüurun itməsi, dezinteqrasiya halları ola bilər. Virusun fəsadlarının hansı müddətə davam edəcəyi hələlik məlum deyil. Xəstələrin bildirdiyinə görə, sağalıb evə gedəndən sonra da onlarda yorğunluq və beyin dumanlanması halları qalır".


Müəllif: Mahir

Oxşar xəbərlər