16 Aprel 2020 12:44
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərində ilk dəfə COVID-19 koronavirus infeksiyasına yoluxan şəxsin Uhan Virusologiya İnstitutunun laboratoriyasında işlədiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə çoxsaylı mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Telekanalın Çindən gələn müvafiq sənədlərlə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, virus insanlara yarasalar vasitəsilə ötürülərkən birinci yoluxan şəxs Uhan Virusologiya İnstitutunun laboratoriyasının işçisi olub. Sonra isə o, Uhan əhalisi arasında gəzib-dolaşıb.

İddia olunur ki, laboratoriya Çinin virus tədqiqatlarında əldə etdiyi "önəmli nəticələri" nümayiş etdirməli imiş.

Qeyd edək ki, fevral ayının sonunda Çin Elmlər Akademiyasının alimləri yeni növ koronavirusun yayılmasının 2019-cu ilin noyabrında və ya dekabr ayının əvvəlində Uhan bazarını ziyarət edən bir xəstədən başladığını aşkara çıxarmışdılar.


Müəllif: Səxavət

Oxşar xəbərlər