2008-ci il Nobel mükafatı laureatı, fransız virusoloq Lyuk Montenye koronavirusun laboratoriya mənşəli olduğunu bildirib. Onun sözlərinə görə, COVID-19-un tərkibində "SPID" hissəcikləri var.
Teleqraf.com xəbər verir ki, Montenye bu barədə Fransanın "Pourquoi Docteur" portalına bildirib.
"İnsanların vəhşi heyvanlardan koronavirus infeksiyasına yoluxması barədə məlumat isə gözəl bir əfsanədir. Bu, həqiqət ola bilməz. Koronavirus Uhan laboratoriyasında yaradılıb", - Montenye deyib.
Fransız virusoloqun sözlərinə görə, virusun hazırlanmasına 2000-ci illərin əvvəllərindən başlanılıb: "Mən virusun genomunu öyrənən və onun insanın immun çatışmazlığı virusu ilə əlaqəsini tapan ilk insan deyiləm. Daha əvvəl oxşar bir araşdırma bir qrup hindistanlı elm adamı tərəfindən aparılıb. Yəqin ki, bu, "SPİD" əleyhinə vaksin yaratmaq istəyərkən baş verib".