20 Aprel 2020 09:05
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir fond şirkətinin rəhbəri olan Sərkan Tunç adlı türk 15 voltluq elektrik cərəyanı tətbiq edən cihazla özünü və həyat yoldaşını koronavirusdan sağaltdığı iddiasını açıqlayıb. O, araşdırmalarını Türkiyənin Elm Şurasına və ölkədəki 80 səfirliyə təqdim edib.

Teleqraf.com xəbər verir ki, türk mediasına danışan Sərkan Tunç atasının və qardaşının doktor olduğunu, özünün və həyat yoldaşının infeksiyaya yoluxmazdan 3 həftə əvvəl belə bir cihaz yaratdığını bildirib.

Sərkan Tunçun iddiasına görə, onlar məhz bu cihaz vasitəsi ilə virusdan xilas olublar.

Türkiyənin "Yeni Şafak" qəzetinə açıqlama verən elm adamları uzun illərdir elektrik cərəyanı ilə müalicə metodundan təbabətdə istifadə edildiyini vurğulayıblar. Bununla belə, mütəxəssislərin fikrincə, Sərkan Tunçun cihazı elmi baxımdan araşdırılmalıdır. Yalnız bundan sonra konkret söz demək olar.


Müəllif: Mahir

Oxşar xəbərlər