21 Aprel 2020 10:18
1 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çin İnn ürək damarlarında yaranan problemlər səbəbindən əməliyyat edilib və hazırda səhhəti ağırdır.

Teleqraf.com xəbər verir ki, bu iddialarla ABŞ-ın məşhur CNN televiziya kanalı çıxış edib.

Kim Çin İnnlə bağlı daha bir açıqlama ABŞ kəşfiyyatından gəlib. Kəşfiyyatdakı mənbə CNN-ə açıqlamasında deyib ki, Şimali Koreya liderinin durumu çox ağırdır.

Adını açıqlamayan başqa mənbə isə Pxenyan hakimiyyət başçısının durumunun ağır olub-olmaması haqda konkret informasiyaya malik olmadıqlarını açıqlayıb.

Pxenyan hökumətindən bir rəsmi şəxs isə mediaya deyib ki, Kim Çin İnnin səhhəti ormaldır və ürək damarından əməliyyat edilib.

Koreya mediası isə ölkə liderinin aprelin 12-dən Kumqanq dağı yamaclarında olan villasında istirahət ediyini yazır.


Müəllif: Cavad

Oxşar xəbərlər