Əfqanıstan ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik müqaviləsi imzalanıb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Əfqanıstan Prezident Sarayında keçirilən mərasimdə ABŞ-ın Kabil səfiri Ceyms Cunningham və Əfqanıstan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hənif Etmer müqaviləyə imza atıb. Mərasimdə dövlət başçısı Əşrəf Qəni Ahmadzai və yüksək rütbəli əfqan rəsmiləri iştirak edib.
Ahmadzai çıxışında müqavilənin Əfqanıstanda yerləşən beynəlxalq birliklər tərəfindən güc istifadəsinin qadağan olduğunu bildirərək, Əfqanıstanın təhlükəsizlik məsələsində hakimiyyəti əlinə aldığını söyləyib: “Bu müqavilə milli maraqları ifadə edir. Bundan sonra bütün əcnəbilər viza alaraq ölkəmizə giriş edəcək, xarici əsgərlərin yerləşdiyi müəssisələrdə də gömrük və viza nəzarəti olacaq. Artıq xarici əsgərlər bizim müqəddəs yerlərimizə və evlərimizə daxil olmayacaq, bu müqavilə ilə dünya ilə əlaqələrimizdə yeni bir səhifə açılıb”.
ABŞ səfiri Cunningham isə müqavilənin Əfqanıstan və ABŞ arasındakı əlaqələri daha da inkişaf etdirəcəyini vurğulayaraq, ölkəsinin əfqan təhlükəsizlik qüvvələrinə dəstək verməyə davam edəcəyini dilə gətirib.
Təhlükəsizlik müqaviləsinə görə, 2014-cü ilin sonlarında ölkədə 9800 ABŞ əsgəri olacaq. Bu əsgərlər terrorla mübarizədə əfqan qüvvələrinə təlim keçəcək. 201ci ilin sonunda bu əsgərlərin sayı yarıbayarı azalacaq və 2016-cı ilin sonunda Əfqanıstan ABŞ diplomatik mərkəzlərinin təhlükəsizliyi üçün sadəcə min əsgər qalacaq.
Müqavilə qeyd edilir ki, xaricdən bir müdaxilə zamanı Amerika əsgərləri əfqan qüvvələrinə dəstək verəcək.
Samir