Bəşər Əsədə bağlı qüvvələrlə YPG/PKK arasında silahlı qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, qarşıdurma Suriyanın şimal şərqinəki Qamışlı rayonunda qeydə alınıb.
Yerli qaynaqlar bildirir ki, Hasaki regionuna bağlı Qamışlıda Suriya ordusu hava limanı yaxınlığındakı Halkum məhəlləsində YPG/PKK-nın postunu atəşə tutub. Terrorçular dərhal buna qarşılıq verib. Beləcə tərəflər arasında ilk dəfə silahlı qarşıdurma yaşanıb. Atışma zamanı ölən və yaralananların olub-olmamasına dair məlumat verilməyib.
Qeyd edək ki, Rusiyanın Suriyada YPG/PKK nəzarətindəki bölgələrdə hərbi aktivliyini artırmağa başlaması ilə Əsəd rejimi və PKK arasında gərginlik artır.
Əlavə edək ki, apreldə də Əsədə bağlı qüvvələr Qamışlıda PKK-ya aid avtomobili atəşə tutub və nəticədə bir terrorçu öldürülüb.