24 Aprel 2020 15:02
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin İkinci dünya müharibəsinin son tarixinin tənzimlənməsi haqqında qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənəd rəsmi hüquq-informasiya internet portalında yayımlanıb.

Mətnə əsasən döyüş şöhrəti günü sentyabrın 2-dən 3-nə keçirilir.

Qeyd edək ki, layihə bundan əvvəl Dövlət Duması tərəfindən qəbul edilmiş və Federasiya Şurası tərəfindən razılıq verilmişdi.

Təşəbbüs müəlliflərinin fikrincə, bu dəyişiklik müharibə qaliblərinə münasibətdə tarixi ədaləti qorumaq məqsədi daşıyır.


Müəllif: Səxavət

Oxşar xəbərlər