Qondarma Abxaziya Respublikasının “prezidenti” Aslan Bjaniya Aleksandr Ankvabın hökumət başçısı təyin edilməsi barədə fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, Abxaziya rəhbəri aprelin 24-də Nazirlər Kabinetinin iclasında yeni “baş nazirin” təyin olunması ilə bağlı sərəncam imzaladığını açıqlayıb.
Aleksandr Ankvab Abxaziya hökumətinin yeni tərkibini formalaşdıracaq.
Bundan əvvəl Bjania keçmiş prezident Aleksandr Ankvabı ölkənin baş naziri vəzifəsinə təyin etmək niyyətində olduğunu bildirmişdi.
Qeyd edək ki, Aleksandr Ankvab əvvəllər qondarma rejimin “prezidenti” olub.
Aslan Bjaniya isə bu il martın 22-də keçirilən “seçkilər” nəticəsində qondarma rejimin başçısı seçilib. O, aprelin 23-dən səlahiyətlərinin icrasına başlayıb.