Koronavirus səbəbindən dünyada boş qalan şəhər küçələrində vəhşi donuza, ayıya, ceyrana, canavara rast gəlinir.
Teleqraf.com xəbər verir ki, növbəti belə maraqlı hadisə Türkiyənin Muğla şəhərində qeydə alınıb.
Şəhərin Marmaris qəsəbəsində küçəyə çıxmaq qadağası sərtləşdirilib. Boş qalan küçələrdə qaban sürüləri gəzməyə başlayıb. Sürüdə iki böyük, onlarla kiçik qabana rast gəlinib.