1 Oktyabr 2014 11:01
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin ABŞ üçün “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından daha təhlükəlidir.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bunu rusiyalı müxalifyönlü siyasətçi Harri Kasparov deyib. Onun sözlərinə görə, Putin dünyada ən təhlükəli adamdır. Kasparov eyni zamanda ABŞ prezidenti Barak Obamanı və avropalı siyasətçiləri tənqid edib.

Kasparovun fikrincə, ABŞ prezidenti Putinin Ukraynadakı təcavüzünə çox gec reaksiya verib və bu da sonda Krımın ilhaqına gətirib çıxardıb. O, Rusiya prezidentinin fəaliyyətinə qarı Avropa liderlərinin laqeydliyini isə İkinci dünya müharibəsi ərəfəsində dünyada hökm sürən vəziyyətlə müqayisə edib.

Müxalifətçi də Rusiyaya qarşı sanksiyalar rejimini dəstəkləyib və qeyd edib ki, müəyyən məqamda onlar nəinki rusiya iqtisadiyyatına, həm də şəxsən Vladimir Putinə və onun yaxın ətrafına ziyan vurur. O, bu qadağaların 2015-ci ilin mart ayınadək saxlamağın vacibliyini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər