Fransada epidemiya başlayandan indiyədək koronavirusdan ölənlərin sayı 22 856 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş səhiyyə ıdarəsindən bildirilib.
"Fransada koronavirusdan ölənlərin sayı son sutkada 242 nəfər artıb, ölənlərin ümumi sayı 22 856-ya yüksəlib", - məlumatda deyilir.
Ölkədə təsdiqlənmiş koronavirus infeksiyası hallarının ümumi sayı son 24 saat ərzində 461 artaraq hazırda 124 575 təşkil edir. Reanimasiyalara yerləşdirilən xəstələrinin sayı azalmaqda davam edir və hazırda 4682 nəfər intensiv terpaya şöbələrində müalicə alır.