Türkiyədə 7 min 428 səhiyyə işçisi koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
“Təəssüf ki, infeksiyaya yoluxma sayında səhiyyə işçilərimizin sayında artım oldu. 1 milyon 100 min səhiyyə işçimizdən 7 min 428-i koronavirusa yoluxub. Könlümüz istəyərdi ki, heç bir işçi virusa yoluxmasın. Onlar üçün bu dövrdə nə lazımdırsa, etdiyimizi düşünürəm”.