Rusiya ABŞ-ın Future Leaders Exchange (FLEX) şagird mübadiləsi proqramında iştirakını iki il müddətinə dayandırıb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfiri Con Teft deyib. O bu qərardan təəsüfləndiyini bildirib:
“Biz Rusiya hakimiyyətinin 21 il ərzində xalqlarımız arasında dərin və möhkəm bağlar yaradan proqramı bağlamaq qərarına təəssüflənirik”. Onun sözlərinə görə, FLEX sayəsində Rusiyanın 8 mindən çox şagirdi ABŞ-ı ziyarət edib, amerikalı ailələrdə yaşayıb, məktəbdə oxuyub və buranın adətləri ilə yaxından tanış olublar.
Xatırladaq ki, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldaviya, Tacikistan, Türkmənistan, Ermənistan və Azərbaycandan olan şagirdlərin həmçinin iştirak etdiyi proqram tibbi sığota və gediş də daxil olmaqla tamamilə ABŞ tərəfindən ödənilir.
Samir