1 May 2020 15:52
1 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“S-400” hava hücumlarının aktivləşdirilməsi koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Amma irəlidə planlaşdırıldığı kimi, aktiv ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın Rusiyadan hava hücumundan müdafiə sistemləri alan Türkiyənin ABŞ tərəfindən təhdid edilməsinə də toxunub:

“Türkiyə ciddiyyətlə ABŞ-dan “Patriot” sistemləri almağa çalışdı, amma bu istəyi hər dəfə rədd edildi. Bundan sonra Türkiyə prezidenti alternativlər axtarmağa başladı, zənn etdilər ki, manevr edir. O, heç vaxt oyun oynamır, bu məsələdə də bunu etmədi”.

O, Rusiyadan alınan hava hücumundan müdafiəö sistemlərinin ən uyğun vaxtda aktivləşdiriləcəyini bildirib.

Kalına cavab verən ABŞ-ın Türkiyədəki səfiri David Satterfild bu məsələdə rəsmi Vaşinqtonun mövqeyini xatırladıb:

“Biz Ankaranın bu məsələdəki mövqeyini bilirik. Amma bizim də mövqeyimiz bəllidir. Rus sistemlərinin “F-35” döyüş qırıcılarına inteqrasiyası mümkün deyil. Biz mövqeyimizi bildirdik”.

Səfir bu yöndə nəzərdə tutulmuş sanksiya layihəsinin (CAATSA) təkcə Türkiyənin yox, Rusiyanın da cəzalandırılmasını nəzərdə tutuduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər