2 May 2020 13:05
30 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tərəfində Rusiya, digər tərəfində Çin. Orta Asiyada dəniz sahili olmayan, göz işlədikcə uzanan bozqır çöllərdən ibarət bir ölkədir. Bura Monqolustandır – Böyük Monqol imperatoru Çingiz Xanın ölkəsi.

Teleqraf.com Monqolustan haqda maraqlı məlumatları təqdim edir.

İki supergücün arasında sıxılıb qalmış, uzun illər Rusiyanın əsarətində qalan Monqolustan kənd təsərrüfatı, mədən sənayesi, heyvandarlıq və turizmə əsaslanan bir iqtisadiyyata sahibdir. Xarici ticarət dövriyyəsinin sadəcə 3 milyard dollar olduğu bildirilir. Ölkədə 45 milyon ev heyvanı var. Monqolustan atların azad dolaşdığı bir ölkədir.

Monqolustan türk dünyası üçün də ayrı bir özəlliyə sahibdir. Orxun və Göytürk abidələrinə ev sahibliyi edən Monqolustan türk tarixinin bir hissəsidir.

Dünyanən ən qədim milli parkı olan Boqd Xan Milli Parkı (1783) Monqolustanda yerləşir.

Monqolustan iki yerə bölünüb: xarici və daxili. Daxili Monqolustan Çinin şimalında yerləşən muxtar bir bölgədir. Daxili Monqolustan Çin ərazisinin 12 faizdən çoxunu tutur və ölkənin ən böyük bölgəsidir. Xarici Monqolustan isə müstəqil bir dövlətdir.

Monqolustan iki qonşusu var: Çin və Rusiya. Ən yaxın üçüncü ölkə Qazaxıstandır, aralarında sadəcə 36 km məsafə var.

Çin və Finlandiyanı Monqolustandan ayıran yeganə ölkə Rusiyadır.

Ulan Bator şəhəri mənfi 1.3 dərəcə temperaturla dünyanın ən soyuq paytaxtıdır. Dünyanın ikinci ən soyuq paytaxtı isə Qazaxıstanındır.

Monqolustan dünyanın ən seyrək məskunlaşma olan ölkəsidir. 1.6 milyon kvadrat km ərazisi olan ölkədə sadəcə 3 milyon insan yaşayır.

Dəniz səviyyəsindən 1580 m yüksəklikdə yerləşən Monqolustan dünyanın ən yüksək ölkələrindən biridir. Ölkənin ən yüksək nöqtəsi Çinlə sərhəddə yerləşən Nairamdal Uuldur: 4374 metr.

Ölkənin ən çökək yeri 560 m yüksəklikdə yerləşən Hoh Nurr gölüdür.

14 km uzunluğundakı Potanin buzlağı Monqolustanın ən uzun buzlağıdır.

Monqolustan ərazisinin dörddə bir hissəsi heyvanlar üçün nəzərdə tutmuş otlaqlardan ibarətdir.

Monqolustan seysmik cəhətdən aktiv zonada yerləşir. Amma məskunlaşma seyrək olduğu üçün zəlzələlər burada o qədər də təhlükəli deyil.

Monqolustanın dəniz və okeanlara çıxışı yoxdur. Qazaxıstandan sonra dünya okeanlarına və dənizlərinə birbaşa çıxışı olmayan ərazisinə görə ən böyük ikinci ölkədir.

Bununla belə, ölkədə 16.003 km ərazini əhatə edən bir neçə göl var.

Paytaxt Ulan Bator yaxın illərə qədər ildə üç dəfə köçəri şəhər kimi başqa ərazilərə köçürülürdü.

Çingiz Xan 1206-cı ildə Monqol İmperiyasını qurdu. Bu, dünya tarixinin ən böyük imperiyası olub. Dünyanın ümumi ərazisinin 22 faizini təşkil edib.

Ölkə köçəri həyat ənənələri ilə məşhurdur. Monqolustan dünyada köçəri həyat yaşayan insanların sayının ən yüksək olduğu ölkədir.

Qonaqpərvərlik monqol mədəniyyətində önəmli bir rol oynayır. Qonağa bir kasa ayraq (airag) adlanan, madyan südündən hazırlanan içki təqdim edilir. Qonaqdan bunu sonadək içməsi və ya bir qurtum alması gözlənilmir, amma rədd etməməlidir.

Ata minərkən mahnı oxumaq ölkədə olduqca populyardır.

Dalay Lama ölkənin ən önəmli şəxsiyyətidir, bir neçə dəfə Monqolustana gəlib.

Çingiz Xanın ölümündən sonra buddizm ölkədə ən dominant dinə çevrildi. Bu gün də buddizm ölkədə ən geniş yayılmış dindir, ölkə əhalisi Tibet buddist təlimlərinə inanır.

1924-cü ildə qurulan və 1990-cı ilədək SSRİ-nin “peyk dövləti” kimi tanınan Monqolustan Xalq Respublikası dünyada qurulan ikinci kommunist ölkə olub. SSRİ-nin dağılmasından sonra ölkədə kommunizm rejimi də səhnədən çıxıb.

1967-ci ildə BMT-yə üzv olan ölkəni 1987-ci ilədək ABŞ da daxil olmaqla, 100-dən çox dövlət tanımayıb.

Monqollar Marko Polonun reseptini Çindən Avropaya apardığı dondurmanın çinlilərin onlardan öyrəndiyini iddia edirlər.

1866-cı ildən etibarən daun sindromu ilə doğulan qıyıq gözləri və üzlərindəki bənzərliklərdən dolayı monqollara oxşadıqları üçün tibbdə bu xəstəlik “monqol” adlandırılır.

Monqolustan birjası dünyanın ən kiçik binasında yerləşir.

Ölkədə insan sayından 13 dəfə çox at, 35 dəfə çox qoyun var. Üstəgəl, iki güvəli dəvənin vətənidir. Həm də qar qaplanının… Dünyada 3 qar qaplanından biri Monqolustandadır. Qar qaplanı nərildəyə bilmir.

Ölkə sərhədləri daxilində yerləşən Qobi səhrası Asiyanın ən böyük, dünyanın beşinci ən böyük səhraısıdır.

Monqol dilində “ruh” anlamına gələn Taxi adlı yabanı atlar dünyada qalmış sonuncu vəhşi atlardır.

Çingiz Xan oxuma-yazma bilməməsinə baxmayaraq, ilk monqol yazı əlifbasını hazırlatdırıb.

Elm adamlarına görə, Orta Asiyada yaşayan 17 milyon kişi genetik olaraq Çingiz Xanın soyundan gəlir.

Monqolların böyük əksəriyyəti hələ də, “Yurd” adlanan çadırlarda yaşayır.

Paytaxtda 1942-ci ildə açılan Monqolustan Dövlət Universiteti ölkədə yeganə ali məktəbdir.

1586-cı ildə Qaraqorumda inşa edilən və bu gün də fəaliyyət göstərən Erdene Zuu monastrı ölkənin ən qədim buddist məbədidir.

Corc Buş 2005-ci ildə Monqolustana səfər edən ilk ABŞ prezidenti olub.

Çindən sonra ən çox yak (Tibet inəyi) bu ölkədədir.

İddiaya görə, Avropaya ilk dəfə barıt və odlu silah Monqolustandan gətirilib.

Monqol uşaqları 3 yaşına gələndə ata bağlanılaraq at minmək öyrədilir və bundan ana məsuliyyət daşıyır.

Monqol xalqı kəmərləri heç vaxt göbəklərinin üstünə çəkmirlər. Monqollara görə, kəməri göbəyə çəkən qıyıq gözlülər çinlidir.

Hər monqolun öz yolu var. Bu səbəbdən nadir bölgələr xaricində ölkənin heç bir yerində asfalt yol yoxdur.

Monqolustanın getdikcə azalan bir əhalisi var. Son illərdə ölkədə kişi sayı azalmaqdadır. Monqolustanda hər altı qadına bir kişi düşür. Buna görə də, son illərdə ölkədə monqol qadınları ilə əcnəbi kişilərin evlənməsi hallarınln sayının artdığı bildirilir. Kişi sayının bu qədər az olması səbəbindən ölkədə həm də qadınlar üçün yox, kişilər üçün evlilik haqqı istənilir. Bu durumdan çıxmaq üçün isə müxtəlif dövlət proqramları həyata keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər