3 May 2020 12:34
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Mixail Mişustin özünü normal hiss edir, sənədlərlə işləyir və daim həmkarları ilə əlaqədədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov bildirib.

Onun sözlərinə görə, baş nazir hazırda həkim nəzarəti altındadır.

Qeyd edək ki, koronavirus testi pozitiv çıxan Rusiyanın baş naziri ilə ünsiyyət məhdudlaşdırılıb, onunla görüşlər onlayn qaydada keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər