7 May 2020 19:00
2 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) Güney Azərbaycanda silahlı kürd terror qrupunu 2 üzvünün həbs edilməsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, silahlı şəxslərin Piranşəhrdə saxlanıldığı bildirilib.

16 nəfərdən ibarət olan dəstə üzvləri saxlanılan zaman onlardan çoxlu sayda avtomat, güllələr və partlayıcı vasitələr aşkar edilərək götürülüb.

Xatırladaq ki, 2 gün əvvəl həmin dəstələrlə atışma nəticəsində SEPAH-ın 3 hərbçisi həlak olmuşdu. Ölənlərdən biri polkovnikdir.

Güney Azərbaycandan olan milli fəallar İran hakimiyyətini PKK terror təşkilatının bu ölkədəki qanadı sayılan PJAK-ın Güney Azərbaycan bölgələrindəki fəaliyyətinə göz yummaqda ittiham edirlər. Silahlı kürd qruplaşmalarının Güneydəki fəaliyyətinə “yaşıl işıq” yandıran Tehranın bu kimi addımları milli fəallar tərəfindən “gözdən pərdə asmaq” kimi dəyərləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər