Türk ordusuna hücum etmək üçün Suriyadan Türkiyəyə keçmək istəyən 2 terrorçu həbs edilib.
Teleqraf.com xəbər verir ki, terrorçular Suriyanın Rasulyan məntəqəsindən Türkiyənin Ceylanpinar sərhəd qəsəbəsinə keçməyə çalışıblar.
PKK/YPG terrorçuları havanın qaralmasını gözləyib Türkiyə ərazisinə keçməyə cəhd ediblər. Türk əsgərləri onları saxlayıb. Məlum olub ki, terroristlər kameralara düşməmək üçün alüminium folqa geyiniblər.
Saxlanılan PKK üzvləri türk əsgərlərinə hücum etməyi planladıqlarını etiraf ediblər.