12 May 2020 12:56
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda COVİD-19-la mübarizə aparan Sərhədsiz Həkimlər Təşkilatının nümayəndələri silahlı hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, həkimlərin Əfqanıstanın paytaxtı Kabildə işlədiyi xəstəxanaya hücum edilib.

“Röyter” agentliyi bildirib ki, həkimlərin işlədiyi bina boşaldılıb və hazırda terrorçularla atışma davam edir.

Qeyd edilib ki, Sərhədsiz Həkimlər Təşkilatına aid xəstəxanaya hücumun qarşısını təhlükəsizlik qüvvələri almağa çalışır.

Əfqanıstanın Səhiyyə naziri də hadisə yerinə gəlib.

Əfqanıstan Daxili İşlər Nazirliyi xəstəxanaya hücumu təsdiq edib. Hücum səbəbindən ölən və yaralananların olub-olmadığına dair açıqlama verilməyib.

Qeyd edək ki, terror hücumuna görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər