2 Oktyabr 2014 14:52
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətin övladlarımızı sonu bəlli olmayan macəralara sürükləməyə haqqı yoxdur.

Teleqraf.com cumhuriyet.com-a istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində (TBMM) “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizədə ABŞ və koalisiya güclərinə yardımla bağlı keçirəcəyi səsvermədən əvvəl bildirib. Onun sözlərinə görə, hökumət İŞİD-i məhv etmək yerinə, ölkəni daha böyük təhlükələrlə qarşı-qarşıya qoyur.

CHP lideri partiyasının İŞİD-ə qarşı mübarizələrdə Türkiyə xalqının, Silahlı Qüvvələrin və beynəlxalq aləmin daima yanında olduğunu bildirib. O qeyd edib ki, TBMM-də CHP Türkiyənin İŞİD-ə qarşı koalisiyaya yardım məsələsinə qarşı çıxacaq. Kılıcdaroğlu buna səbəb kimi yardımın Türkiyəyə əlavə təhlükə yaradacağını göstərib.

Samir


Müəllif:

Oxşar xəbərlər