20 May 2020 18:25
2 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil “F-35A Lightning II” qırıcı təyyarəsi Florida ştatındakı hava bazasında qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ HHQ-nin “Feysbuk”dakı səhifəsində bildirilib.

“ABŞ Hərbi Hava Qüvvələrinin 58-ci qırıcı eskadrilyasına daxil olan “F-35A Lightning II” Florida ştatındakı “Eglin” bazasında qəzaya uğrayıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, pilot katapult edə bilib. O, müayinə üçün xəstəxanaya aparılıb. Hazırda stabil vəziyyətdədir. Təyyarə qəzasının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, mayın 15-də beşinci nəsil Amerika qırıcısı F-22-nin təlim uçuşu zamanı Florida ştatında qəzaya uğradığı məlum olmuşdu.

Ümumilikdə isə indiyədək bu qırıcı təyyarələrin 3-ü qəzaya uğrayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər