22 May 2020 14:36
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ABŞ Prezidenti Donald Trampın Açıq Səmalar Anlaşmasından çıxmasının ardınca toplanmaq haqda qərar verib.

Teleqraf.com-un məlumatına görə, NATO rəsmisi bəyan edib ki, üzv dövlətlər silahlanmaya nəzarət və tərkisilah müqavilələrinin alyansın təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi məsələsində həmfikirdirlər.

Brüsseldə keçirilən 2018-ci il NATO zirvə toplantısında müttəfiqlərin Rusiyanın Açıq Səmalar Razılaşmasına qismən əməl etməsinin narahatedici olduğunu ifadə etdiyini xatırladan NATO rəsmisi əlavə edib ki, xüsusilə Rusiyanın bəzi bölgələdə uçuşları məhdudlaşdıracağından narahat olurlar.

NATO nümayəndəsi qeyd edib ki, üzv ölkələr Açıq Səma Anlaşmasının gələcəyini müzakirə etmək üçün bu gün Şimal Atlantik Şurasında məsələni gündəmə gətirəcək.

Qeyd edək ki, Şimali Atlantik Şurası NATO-nun ən ali qərar çıxaran mexanizmi hesab olunur.

Əlavə edək ki, Açıq Səma Anlaşmasını 34 ölkə imzalayıb. Bu razılaşma hərbi fəaliyyətdə şəffaflığı təşviq etmək, silah nəzarəti, digər hərbi anlaşmaları və müşahidələri asanlaşdırmaq məqsədilə silahsız kəşfiyyat təyyarələrinin uçuçuna icazə verirdi.

1992-ci ildə imzalanan bu sazişdə Türkiyə də yer alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər