Türkiyədə son 24 saat ərzində daha 32 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlayıb ki, koronavirusdan ölənlərin ümumi sayı 4 308 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 186 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 155 686 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 491 nəfər olmaqla 117 602 nəfər təşkil edir.