Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd edilir.
Teleqraf.com xəbər verir ki, 102 il bundan öncə məhz bu gün Gürcüstanın Milli Şurası Dövlət müstəqilliyi aktını qəbul edib.
Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Gürcüstan müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.
Hər il ölkədə Müstəqillik Gününə həsr olunan müxtəlif genişmiqyaslı tədbirlər təşkil olunub. Lakin bu il koronavirus pandemiyasına görə dövlət bayramı təntənəli mərasimlərlə qeyd edilməyəcək.