Türkiyədə koronavirusla bağlı son durum açıqlanıb.
Teleqraf.com xəbər verir ki, qardaş ölkədə bu gün COVİD-19-dan ölənlərin sayı daha 34 nəfər artaraq, 4 431-ə çatıb.
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazir bildirib ki, son sutka ərzində 1 035 nəfər virusa yoluxub. Bununla da ölkədə ümumi yoluxanların sayı 159 797 nəfərə çatıb.