30 May 2020 20:15
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da gecə saatlarında ABŞ-da, Ağ Evin qarşısında iğtişaşlar başlayıb.

Teleqraf.com xəbər verir ki, etirazçılar ABŞ-ın xüsusi xidmət oranlarının əməkdaşları tərəfindən saxlanılıb. Dövlət başçısının iqamətgahı yaxınlığında iğtişaşlar beş saatdan çox davam edib.

Etirazçılar prezidentin mühafizəçilərinə müxtəlif əşyalar atıblar və hasarları aşmağa çalışıblar. Xüsusi xidmət orqanlarının əməkdaşları azı bir dəfə zəhərli qazdan istifadə edib.

Etirazçılar Minneapolisdə vəfat edən qaradərili mühafizəçi Corc Floyda dəstək şüarları səsləndiriblər və prezident Donald Trampa qarşı etirazlarını nümayiş etdiriblər.


Müəllif: Teleqraf.com