Qaradərili Corc Floydun ölümündən sonra ABŞ prezidenti Donald Trampın iğtişaşlarla əlaqədar qubernatorlarla görüşünün səs yazısı mətbuata sızıb.
Teleqraf.com-un məlumatına görə səsyazısında qubernatorları zəif olmaqda günahlandıran Tramp nümayişçilərə qarşı daha sərt olmalarını tələb edib.
ABŞ mətbuatının yazdığına görə, Tramp qubernatorları zəif davranmaqda günahlandırıb: "Hadisələrdə dominant tərəf olmalısınız, yoxsa vaxtınızı boş yerə sərf edəcəksiniz. Aksiyaları dayandırmasanız, daha da pis olacaq. İnsanları həbs etməli, hərəkətlərini izləməli, 10 il həbsxanaya salmalısınız. Əgər belə etsəniz, heç bir zaman bu cür vəziyyəti yaşamayacaqsınız".
Bundan əlavə paytaxt Vaşinqtonda Corc Floydun öldürülməsindən sonra başlayan etiraz aksiyaları ilə əlaqədar 2 günlük komendant saatı elan edilib.