2 İyun 2020 18:39
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus epidemiyası tədbirləri çərçivəsində 3 aya yaxındır İstanbulda olan Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər edib.

Teleqraf.com xəbər verir ki, uzun müddətdir ki, görüşləri onlayn şəkildə keçirən Ərdoğan təxminən son 3 ay ərzində ilk dəfə Ali Məhkəmənin sədri Mehmet Akarca ilə görüşüb. Görüş Prezident sarayında keçirilib.

Qeyd edək ki, Ərdoğan mart ayının ortalarından etibarən bütün proqramlarını yaxın heyəti ilə birlikdə İstanbuldakı “Huber” sarayında davam etdirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər