5 İyun 2020 10:32
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya ordusu paytaxt Tripoli ətrafında nəzarəti tam bərpa edib və beynəlxalq hava limanını qiyamçı general Haftara bağlı silahlılardan təmizləyib.

Teleqraf.com xəbər verir ki, Liviya legitim hökumətinin başçısı Fayiz Sərracın Ankara səfəri davam edərkən ona bağlı ordu Tərhun şəhərinə hücuma hazırlaşır. Hazırda şəhər tam olaraq mühasirə altındadır.

Bu arada Liviya ordusu Tərhun şəhərindəki general Xəlifə Haftarın komandirlərindən Riyad əl-Kubeyiri həbs edib.

Bildirilir ki, Kubeyiri Tərhun şəhəri üzrə general Haftarın orudusunun komandanı vəzifəsini tuturmuş. Komandan şəhərin qərb girişindən qaçarkən həbs edilib.


Müəllif: Cavad