Almaniya Kansleri Angela Merkel qarşıdan gələn seçkilərdə Baş nazirlik postuna namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Almaniya tarixinin ən uzunmüddətli kansleri olan Merkel jurnalistlərin pandemiyadan sonra Baş nazir postuna namizəd olub-olmayacağına dair sualına cavab verib.
Merkel bu suala “Xeyr, xeyr, gerçəkdən namizəd olmayacağam. Həm də qəti olaraq” cavabını verib.
Merkel daim İtaliyanın Avstrya ilə sərhədində tətil etdiyini, ancaq bu il tətilini Almaniyada keçirəcəyini də qeyd edib.