İran dövlət televiziyasında Təbrizin tanınmış “Liqvan” pendir brendi barədəişlədilən ifadələr azərbaycanlıların etirazına səbəb olub.
Teleqraf.com xəbər verir ki, “Kanal 1”-də yayımlanan “Dəstpoxt” adlı verilişinin aparıcısı “Liqvan” pendirinin istehsalı prosesində sanitariya normalarına və gigiyena qaydalarına əməl edilmədiyini iddia edərək, insanları bu pendir əvəzinə Tehranda istehsal olunan “Mihən” pendiri almağa çağırıb.
“Liqvan” pendiri Səhənd dağlarının ətəyində yerləşən, eyni adı daşıyan kənddə ənənəvi üslubda, kimyəvi qatqılar olmadan tamamilə gigiyenik şəkildə və səhiyyə müəssisələrinin nəzarəti altında istehsal olunur.
"Liqvan" təkcə İranda yox, bütün dünyada məşhurdur. İran televiziyasında aparılan çirkin təxribat hazırda bu pendirin istehsalı sahəsində çalışan və ailələrini dolandıran minlərlə azərbaycanlının işini təhlükəyə ata bilər.
Olayın videogörüntüsünü təqdim edirik: