9 İyun 2020 22:32
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 22, Şirazdan isə 239 km məsafədə 10 km dərinlikdə yerləşib.

Təbiət hadisəsi yerli vaxtla 21:48-də qeydə alınıb.

Dağıntı və tələfatla bağlı məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər