11 İyun 2020 22:05
3 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəallar Əli Vasiqi və Rza Vasiqi Ərdəbildə saxlanılıb.

Teleqrafş.com xəbər verir ki, Vasiqi qardaşları iyunun 10-da axşam saatlarında İran təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən öz iş yerində saxlanıldığı bildirilib.

Şahidlərin dediyinə görə, milli fəallar saxlanılmaları barədə çıxarılan hökmün göstərilməsini tələb edib, lakin təhlükəsizlik orqanlarının əməkdaşları bundan imtina ediblər. Bundan sonra Əli və Rza Vasiqi müqavimət göstərib.

Şahidlərin verdiyi məlumata əsasən, təhlükəsizlik orqanlarının əməkdaşları Vasiqi qardaşlarına qarşı güc tətbiq edərək, onları döyüb. Olay ərazidə etirazlara səbəb olub.

Milli fəalların hansı səbəbdən tutulduğu və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər